GEO AZ AR
Yeni xəbərlər Layihə haqqında Tez-tez səslənən suallar Əlaqə saxlayın  
Qanunvericilik
Vakansiyalar/Müsabiqələr
 

təqvim
B.e. Ç.ax. Çər. C.ax. cümə şənbə bz
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    

 yeni xəbərlər
Müəllimin iş fəaliyyətinin başlanılması, peşəkar inkişafı və karyera irəliləyişi sxemi
Müəllimin iş fəaliyyətinin başlanılması, peşəkar inkişafı və karyera irəliləyişi sxemi http://www.tpdc.ge/?action=page&p_id=940&lang=geo
Müəllim olmaq istəyənlər üçün müsabiqə elan edildi
Gürcüstan Elm və Təhsil Nazirliyinin Müəllimlərin Peşəkar İnkişafı Milli Mərkəzi müəllim olmaq istəyənlər üçün “Müəllim dərəcəsini qazanmaq” proqramı çərçivəsində müsabiqə elan etdi. Müsabiqənin şərtləri və qeydiyyat müddətləri barədə nazirin birinci müavini Koka Seperteladze və Mərkəzin direktoru Qiya Mamulaşvili xüsusi brifinq keçirdilər.
Müəllim olmaq istəyənlər üçün müsabiqədə ali təhsilli və pedaqoji işi həyata keçirmək istəyən hər bir şəxs iştirak edə bilər. Birinci mərhələ, yəni müsabiqəçilərin qeydiyyatı oktyabrın 17-də başlayacaq və oktyabrın 28-də saat 17:00-da bitəcəkdir.
Müəllim olmaq istəyən namizədlərin qeydiyyatı Tbilisi, Qori, Telavi, Axalsixe, Kutaisi, Ozurqeti, Zuqdidi, Poti, Batumi və Rustavi resurs-mərkəzlərində aparılacaqdır.
Qeyri-gürcüdilli məktəblər üçün 2011-2016-cı il Milli Tədris Planı
Milli Tədris Planları Mərkəzinin internet-səhifəsində (www.ncac.ge) Azərbaycan, erməni və rus dillərində 2011-2016-cı il Milli Tədris Planı yerləşdirildi. http://ganatleba.ge/index.php?module=text&link_id=23
İkidilli təhsil jurnalının altıncı nömrəsi işıq üzü gördü
“Vətəndaş İnteqrasiyası və Millətlərarası Münasibətlər Mərkəzi” tərəfindən hər kvartalda “İkidilli Təhsil” elmi-təhsil jurnalı dərc olunur. Jurnal ATƏT-in Milli Azlıqların Ali Komissarı Ofisinin tərəfdaşlığı ilə “Gürcüstanda çoxdilli təhsil islahatının dəstəklənməsi” layihəsinin çərçivəsində nəşr olunur. Hal-hazırda, “İkidilli təhsil”in altıncı nömrəsi işıq üzü gördü, onda gürcü müəllifləri ilə yanaşı xarici müəlliflərin məqalələri də dərc edilmişdir. Məqalələrdə Gürcüstanda ikidilli təhsilə qarşı valideynlərin və müəllimlərin yanaşması; gürcü gəncləri arasında abxazlara qarşı intermədəni həssaslıq; qeyri-gürcüdilli pilot məktəblərində çoxdilli təhsil prosesində mövcud problemlər; işlə təmin olma nöqteyi-nəzərindən ikidillilik və xarici dilin rolu; dilin bilərəkdən əvəzolunması ilə əlaqədar ikidilli sinifdə praktiki misallar və s. kimi məsələlərə toxunulur.
 başqa yeni xəbərlər
Estetik tərbiyə fənlərinin tədrisinin təşkili >>
Sentyabrın 1-dən müəllimlərin aylıq maaşları yenə artacaqdır >>
Gürcüstan hökümətinin qərarı, N 149, 2009-cu il 14 avqust, Tbilisi şəhəri >>
Gürcüstanın Qeyri-Gürcüdilli Məktəblərinin XII Siniflərinə Ana Dili və Ədəbiyyatının Tədrisi ilə Əlaqədar Tövsiyyələr >>
Təbiət fənlərinin tədrisinin təşkili ilə əlaqədar dəyişikiliklər >>
 bütün yeni xəbərlər >>
Müəllif hüquqları qorunub, Vətəndaş İnteqrasiyası və Millətlərarası Əlaqələr Mərkəzi, 2009 Veb-səhifə ATƏT-in Milli Azlıqlar Üzrə Ali Komissarlıq Ofisinin maliyyə dəstəyi ilə yaradılıb. Copyright 2009, Centre for Civil Integration and Inter-Ethnic Relations (CCIIR) All rights reserved Web-site is created with financial support of OSCE High Commissioner on National Minorities Created by “Novatech”/Designed by Givi Tvalavadze